Belarus Ermənistana nota verib

İyunun 21-də Belarus Xarici İşlər Nazirliyində MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq departamentinin rəhbəri Sergey Molunov ilə Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan arasında görüş keçirilib.

Azpost.info bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti  məlumat verib.

Diplomatlar ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini və birgə inteqrasiya strukturlarında qarşılıqlı fəaliyyətləri müzakirə ediblər.

Belarus Xarici İşlər Nazirliyindən Ermənistan tərəfinə müvafiq nota verilib.

Görüşdə humanitar mövzulara toxunulub, iki xalq arasında çoxillik dostluq əlaqələri vurğulanıb.

Mətndə açıqlanmasa da nota çox guman ki, Ermənistanın xarici işlər naziri Mirzoyanla belarus müxalifətinin lideri hesab olunan Tixanovskaya ilə Vilnüsdəki görüşünə etirazla bağlı olub.

Əvvəlki məqalə

COP29 çərçivəsində Azərbaycanla səmərəli əməkdaşlığı səbirsizliklə gözləyirəm

Sonrakı məqalə

Ağdaşda 6 yaşlı uşaq kanalda boğulub