Belarus hərbçiləri Rusiyada təlim keçəcəklər.
Azpost.info xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər zamanı Rusiya ordusunun xüsusi hərbi əməliyyat təcrübəsinə diqqət yetiriləcək.
Belarus Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbçilərin hərbi nəqliyyat təyyarəsinə necə mindiyini əks etdirən video yayımlayıb. Videonun başlığında deyilir ki, hərbçilər təlimi başa vurduqdan sonra ən mürəkkəb döyüş hazırlığı fənləri üzrə əldə etdikləri təcrübəni Belarus Silahlı Qüvvələrinin bölmələrinə ötürəcəklər.
Azpost.info