Belarus prezidenti Lukaşenko Azərbaycana səfərə gəlir

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə yola düşüb.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Belarus dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə rəsmi danışıqlar aparacaq.

İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

Prezidentlər müxtəlif sahələrdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini vurğulamaqla ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.

Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq.

Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər.

Danışıqlar nəticəsində ikitərəfli sənədlər paketi imzalanacaq.

Bakıda Aleksandr Lukaşenko və Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəyi gözlənilir. Hər iki lider Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.

Əvvəlki məqalə

Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Slovakiya Baş nazirinə sui-qəsdi qınayıb