Belarus üzərində qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik-Bəhlul Mustafazadə

Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaratdıq, müdafiədə də etibarlı çıxış etdik. Sadəcə, qol imkanlarını reallaşdıra bilmədik. Qazaxıstanla oyunda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər artdı və səhvlərdən qollar buraxdıq.

UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərində Belarus millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının üzvü Bəhlul Mustafazadə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu, həmçinin bildirib: “Rəqib komandanı təhlil etmişik. Qazaxıstan millisi kimi, Belarus da 5 müdafiəçi ilə oynayır. Ancaq Belarus Qazaxıstandan daha kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbaycan xalqını sevindirək”.

AZƏRTAC

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Sonrakı məqalə

Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb