Almaniyan xarici işlər naziri Annalena Berbok Kiyevə elan olunmamış səfərlə gəlib.
Azpost.info xəbər verir ki, Berbok qışın yaxınlaşması ilə əlaqədar Ukraynaya Almaniyanın dəstəyini vəd edib.
Berbokun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.
Nazir xatırladıb ki, Almaniya bu yaxınlarda Ukraynaya enerji yardımı üçün əlavə 170 milyon avro ayırmaqla qışdan qorunma çətirini genişləndirib.
O, Almaniyanın hava hücumundan müdafiə təşəbbüsünə də toxunub. Eyni zamanda o, Ukraynanın Aİ-yə həmişəkindən daha yaxın olduğunu” bildirib.
“Biz islahat kursunun cəsarətli addımlarını dəstəkləyirik və onları xüsusilə media azadlığı və korrupsiyaya qarşı mübarizə sahəsində təşviq etməyə davam edirik”, – XİN başçısı deyib.
Azpost.info