Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlib.

Rusiyalı funksioner səfər çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevlə görüşüb.

Görüş zamanı idmanın insanları iqlim böhranı ilə mübarizədə birləşdirəcək gücə malik olduğu qeyd olunub.

Əvvəlki məqalə

Baydenin nümayəndəsi Beyruta gəldi

Sonrakı məqalə

İqlim dəyişikliyi nəticəsində Azərbaycanın su resursları 20-30 faiz azalıb