“Beynəlxalq aləm Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir”- Paşinyan "praqmatik olmamışıq" dedi

“Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir”.

Azpost.info xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bunu bugünkü mətbuat konfransı zamanı bildirib.

O, həmçinin qeyd edib ki, İrəvan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə daha praqmatik yanaşmalı idi.

“Həm dünən, həm də bu gün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir və biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə kağız üzərində yazılmış mətnlər olduğunu düşünəndə bəlkə də praqmatik olmamışıq”, – Paşinyan etiraf edib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

2022-də sərvət itirən rus milyarderləri