Beynəlxalq konfransın iştirakçıları Şahbulaq qalasında olublar –FOTO

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Qarabağa səfər ediblər.

Beynəlxalq ekspertlər Ağdamda səfərdədirlər.

Konfrans iştirakçıları Ağdamda tarixi abidələrə baxış keçiriblər. Qonaqlar, ilk olaraq, Şahbulaq qalasında olublar.

Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer alıb. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.