Beynəlxalq Məhkəmə Milli Məclisin Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciətinə cavab verib

Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciəti Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi tərəfindən cavablandırılıb.

Komitədən verilən məlumata görə, Milli Məclisinin İnsan Hüquqları Komitəsi, Dağlıq Qarabağ və ətraf  rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlara qarşı, genişmiqyası hərbi əməliyyatlarla başlanılan 27 sentyabr tarixindən, dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına Ermənistanın müharibə cinayətləri haqda operativ məlumatlandırmaq məqsədi ilə  dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb.

Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə  evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən Azərbaycanlı əsgərlərlə qeyri-insanı işgəncə faktları və s. haqda  aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.

Həmin təşkilatlar sırasında – Beynəlxalq Cinayət Məhkəməsi,   BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurası İnsan Hüquqları Komitəsinə,   Beynəlxalq Qırmızı Xaç Komitəsinə və s.beynəlxalq insan hüquqları təşkilatları yer alıb.

Müraciətdə  Ermənistanın müharibə cinayətlərinin Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması  yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib.

Müraciətdə həmçinin, Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib.

Bu günlərdə,  Mənzil Qərargahı Haaqada yerləşən  Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Prokurorluq İdarəsinin  “Məlumat və Sübutlar  Şöbəsinin” müdiri  Mark Dilon  tərəfindən, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca cavab məktubu gəlib.

Məktubda cənab Mark Dilon  İnsan Hüquqları Komitəsindən daxil olan sənədin alınmasını təsdiq edərək, onun baxılmaq üçün  BCM Prokurorluq İdarəsinin Kommunkasiya Reyestrinə daxil edilməsini bildirir.  Sənədə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Əsasnaməsinin) müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı ilə bağlı açıqlama verilir.  Sənədə baxılıb müvafiq qərar çıxarıldığı zaman, yazılı olaraq qərarla bağlı  İnsan Hüquqları Komitəsinin sədrinin məlumatlandırılacağı da qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələn il pensiyalar 30 manat artacaq –

Sonrakı məqalə

Yüksək dağlıq ərazilərdə 13-19 dərəcə şaxta qeydə alınıb –