“Beynəlxalq Media Forumunda açıq, geniş, prinsipial diskusiyya gedəcəyini düşünürəm”-Mixail Qusman

“Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunda Azərbaycanın aparıcı media nümayəndələri iştirak edir. Burada Azərbaycanda medianın inkişafı, müasir medianın Azərbaycandakı rolu və Azərbaycan mətbuatının dünya media məkanındakı yeri müzakirəyə çıxarılır. Bu baxımdan, tədbirin əvvəlində Prezident İlham Əliyevin medianın ictimaiyyətdə, ölkədə rolu və yeri barədə səsləndirilən fikirlərini alqışlayıram”.

Bunu “Report”un Şuşaya ezam olunmuş müxbirinə açıqlamasında Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumunda iştirak edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

“Prezidentin səsləndirilən fikirlərindən ilhamlanaraq böyük ölkənin layiqli jurnalisti necə olmalı deyə açıq, geniş, prinsipial diskusiyya gedəcəyini düşünürəm”, – M.Qusman qeyd edib.

Əvvəlki məqalə

Allahşükür Paşazadə Gürcüstanın Baş naziri ilə görüşüb

Sonrakı məqalə

Bu gündən Mərkəzi Aran üzrə bağçalara növbəyə yazılma prosesi başlayır