Biləsuvarda baş verən partlayışda dağıntı altında qalan ana axtarılır –DETALLAR

Biləsuvarda baş verən partlayış hadisənin bəzi təfərrüatları məlum olub.

Hadisə şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli binada Nazilə Məmmədovaya məxsus mənzildə qeydə alınıb.

Belə ki, partlayış orada kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-cu il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb.

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir. (Report)

Əvvəlki məqalə

Ərdoğanla Bəşər Əsədin görüşünə hazırlıq gedir

Sonrakı məqalə

İranın müdafiə naziri Rusiyaya səfərə gedib