Biləcəridə sakinlər istifadəsiz taksi dayanacağından şikayətləndilər

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11 A ünvanında quraşdırılan istifadəsiz taksi dayanacağı yolun kənarında fəaliyyət göstərən obyekt sahiblərinə problem yaradır.

Sahibkarların sözlərinə görə, “taksi dayanacağı” nişanından sonra yerdə parklanma xətləri olsa da, onlara və müştərilərə hər gün cərimə yazılır.

“Nişan beş il əvvəl quraşdırılıb. Bu ərazi taksi dayanacağı üçün əlverişli yer deyil. Burada taksinin dayandığını görməmişik. Müştəri gələn kimi 40 manat cərimə olunur. Dəfələrlə belə hal olub. Nə sifariş götürə, nə də mal sata bilirik”, – şikayətçilər narazılıq bildiriblər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.