Bilgəhdə çətənə kolları yetişdirən şəxslər saxlanıldı

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.