Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım yol qəzasına düşüb.
Azpost.info bildirir ki, bu barədə İhlas Agentliyi məlumat yayıb.
Bildirilir ki, Binəli Yıldırımın içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb. Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan Yıldırım təcili yardımla hadisə yerini tərk edib.
Yıldırımın səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı qeyd edilir.
**
Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Tvitterdə bildirib ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüblər. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib. Hazırda onların və sürücünün səhhəti normaldır.