Binədə qardaşoğlu əmisini bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsində baş verib.

Südçülük Sovxozu ərazisində 1964-cü il təvəllüdlü Teymurov Rafiq Rüstəm oğlu qardaşı oğlu ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki o, qardaşı oğlu ilə ailə-məişət zəminində mübahisə edib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

“Donetsk və Luqanskda ən çətin döyüşləri aparırıq” –

Sonrakı məqalə

Qazaxıstanda xüsusi əməliyyat zamanı 40 nəfər saxlanılıb