Binəqədidə naməlum şəraitdə Allahqulunu bıçaqlayıblar

Bıçaq
Bıçaq

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Paytaxt Sakini Allahqulu Əzimov axşam saatlarında qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, yaralı naməlum şəraitdə bıçaqlanıb. Əməliyyat olunan Allahqulu Əzimovun həyati təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə bağlı aidiyyati üzrə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Faktla bağlı cinayət işi başlanılıb, hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.