Bir gündə 355 nəfər COVID-19-dan sağalıb-153 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 230 219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223 215 nəfər müalicə olunaraq sağalıb, 3 132  nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir.

Ölkədə son sutka ərzində 6330, hazırkı dövrədək isə 2 408 050 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əldə olunan gəlir xərcləri ödəmir” –

Sonrakı məqalə

“Suyun qiyməti niyə 100% artırılır? “Azərsu” xərcləri niyə açıqlamır?” –