Birinci Qarabağ müharibəsi şəhidi dəfn olunur

Qarabağ müharibəsi
Qarabağ müharibəsi

Birinci Qarabağ müharibəsi şəhidi, itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları 30 il sonra İmişlidə naməlum əsgər məzarlığında aşkar edilərək doğulduğu Salyan rayonuna gətirilib. AzPost-un APA-ya istinadla məlumatına görə, şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edib. Vida mərasimindən sonra Qarabağ müharibəsi şəhidi Elşən Tağıyevin nəşinin qalıqları Salyan rayonunun Seyid Sadıqlı kəndinin qəbristanlığında dəfn edilib.

Qeyd edək ki, Salyan rayonunun Seyid Sadıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elşən Qubad oğlu 1994-cü ildə Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub və naməlum əsgər kimi İmişli məzarlığında dəfn olunub.

 

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.