Bizdə istinadla bağlı monitorinq aparmaq üçün proqram təminatı var.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, hansısa saytda məlumat gedirsə, o məlumatın həmin media subyektinə aid olub-olmadığını ayırd edə bilirlər:
“Bundan başqa, istinad halları ilə bağlı pozuntuların da qarşısının alınması üçün videoscreen metodu tətbiq edirik. Artıq bir xəbərin ilk olaraq hansı saytda dərc edildiyini təyin etmək çox asandır”. (APA)