“Bizi “YouTube”dan atırlarsa, deməli, başqa paltformalara keçməliyik”- PESKOV

Rusiya vətəndaşları “YouTube” kimi Qərb informasiya resurslarından “atılacaqlarına” hazır olmalıdırlar.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu halda başqa platformalara keçməkdən çəkinməyə ehtiyac yoxdur.

“Hazır olmalıyıq. Bəli, biz onların resurslarından atılmağa davam edəcəyik. Ancaq düşünürəm ki, əgər birindən atılmısansa, digərinə getməlisən”, – Peskov bildirib.

Bir sıra rusiyalı istifadəçilərin “YouTube” tərəfindən bloklanmasına gəlincə, Peskov utanmalı heç nə olmadığını deyib.

O qeyd edib ki, Qərb dövlətləri hələ Rusiya tərəfinin fikrini eşitməyə və anlamağa hazır deyil, ona görə də indi nəyisə izah etməyə çalışmaq vaxt itkisi olardı. Onun sözlərinə görə, vəziyyətin sakitləşməyə başladığı və Qərbin Rusiya ilə dialoq haqqında düşünməyə başladığı anı gözləmək qalır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.