“Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil” –İLHAM ƏLİYEV

Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil. Əlbəttə, sərhədlərimizin hüdudlarından kənarda baş verən proseslər ciddi narahatlıq doğurur. Biz bunu hər zaman nəzərə almalıyıq.

Bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda danışıb.

“Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq”, – dövlət başçısı deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.