“Bizim işimiz haqq işidir, Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq” –PREZİDENT İLHAM ƏLİYEV

“Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, bu hərbi təxribatı kim törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verir və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır.  Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”, – dövlət başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan ağlını başına yığsın, Azərbaycanın yanındayıq”

Sonrakı məqalə

“Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”