ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin Azərbaycanın yaxın həftələrdə Ermənistanı işğal edə biləcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə “Politico” nəşrinin xəbərini təkzib edib.
Azpost.info bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Armenpress-ə verdiyi şərhdə bildirib. O, “Politico”da məqalədəki məlumatın “yanlış” olduğunu və “katib Blinkenin millət vəkillərinə dediklərini əks etdirmədiyini” bildirib.
“Bu barədə məlumat yalandır və dövlət katibi Blinkenin senatorlara dediklərini əks etdirmir”, – Dövlət Departamentinin sözçüsü Miller şərhdə bildirib.
Azpost.info