“Blinken Ceyhun Bayramovu və Mirzoyanı ABŞ-da gözləyir” –Dövlət katibinin köməkçisi

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim”.

Bunu Azərbaycanda səfərdə etmiş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn “X” platformasında paylaşımında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini ABŞ alqışlayır və dövlət katibi Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, o qeyd edib.

Əvvəlki məqalə

Britaniya 28 il ərzində Azərbaycana 35 milyard dollar sərmayə qoyub

Sonrakı məqalə

Erməni diversantın məhkəməsində ittiham aktı elan olunub