ABŞ dövlət katibi Entoni Blinken Laosun paytaxtı Vyentyanda Çinin xarici işlər naziri Vanq İ ilə planlaşdırılan görüşdə Ukrayna mövzusunu qaldıracaq.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink deyib.
Eyni zamanda, o, Pekinin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəklədiyini və bu cür yardımının sabitliyi pozan təsirə malik olduğunu bildirib.
Daniel Kritenbrink qeyd edib ki, Van İ ilə təklif olunan görüşdə Entoni Blinken Tayvan ətrafındakı vəziyyətə də toxuna bilər. Onun fikrincə, Çin adanın administrasiyasına təzyiqi artırır ki, bu da Tayvan boğazında sülh və sabitliyi pozmaqla hədələyir.
Krietenbrink bildirib ki, dövlət katibi Çinin xarici işlər naziri ilə Pekinin Vaşinqtonu narahat edən iqtisadi siyasətini də müzakirə etməyi planlaşdırır.
Azpost.info