Blinkenin müavini Ukraynaya gəlib, görüşlər keçirib

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass Ukraynaya səfər edərək yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirib.

Azpost.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Bass Ukrayna Baş naziri Denis Şmıqal, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba, müdafiə naziri Rustem Umerov, strateji sənaye naziri Aleksandr Kamışin, həmçinin Ali Radanın deputatları ilə görüşüb.

Tərəflər ABŞ-ın yeni hərbi və iqtisadi yardımının təsiri, müdafiə və digər sahələrdə uzunmüddətli öhdəliklər və Ukraynanın yenidən qurulması üzrə davam edən işləri müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Çində robot itlər hazırlanıb –

Sonrakı məqalə

Avtobusda qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs edilib