BMT Baş katibi andiçmə mərasimi ilə bağlı Putinə məktub göndərəcək

BMT Baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə andiçmə mərasimi ilə bağlı məktub göndərəcək.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib bunu hər hansısa dövlətin başçısı vəzifəsinə gələndə və ya yenidən andiçmə mərasimində edir.

“Baş katib hər dəfə dövlət başçısının inauqurasiyası və ya yenidən andiçmə mərasimi olanda etdiyi kimi məktub göndərəcək”, – Düjarrik deyib.

Azpost.info

Əvvəlki məqalə

Zaqatalada zəhərlənən şəxslərdən 15 nəfəri uşaqdır –

Sonrakı məqalə

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub