2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir. Pley-offun növbəti qarşılaşmasında Portuqaliya və İspaniya milliləri üz-üzə gəlirlər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Matçın ilk hissəsində hesab açılmayıb. Gərgin keçən ikinci hissədə qol 90+1-ci dəqiqədə vurulub. Mikel Merino İspaniyanı önə keçirən qola imza atıb. Portuqalların hesabı bərabərləşdirmə cəhdi bir nəticə verməyib və matç "qırmızı furya"nın 1:0 hesablı qələbəsiylə başa çatıb. İspaniya adını 1/4 final mərhələsinə yazdırıb, Portuqaliya üçün isə mundial başa çatıb. Qeyd edək ki, İspaniya 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq. DÇ-2026 1/8 final 6 iyul 23:00. Portuqaliya – İspaniya 0:1 Qol: M. Merino, 90+1 Portuqaliya: Kosta, Kanselu, Dias, Veyqa, Mendes, Neves, Vitinya, Neto, Bruno Fernandeş, Joao Feliks, Ronaldo İspaniya: Unay Simon, Kukurelya, Laport, Kubarsi, Porro, Rodri, Pedri, Baena, Olmo, Lamin Yamal, Oyarzabal.

AzPost.az