BMT məhkəməsi Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verəcək.

APA-nın məhkəmənin saytına istinadən verdiyi xəbərə görə, irqi ayrı-seçkiliyin bütün formalarının qarşısnın alınması haqqında Beynəlxalq Konvensiyanın (Azərbaycan Ermənistana qarşı) tətbiqi ilə bağlı iş üzrə qərar dekabrın 7-də elan ediləcək.

Məhkəmənin Prezidenti, hakim Joan E. Donoghue qərarı Haaqadakı Sülh Sarayında, ictimai iclasda elan edəcək.

COVID-19 pandemiyası ilə əlaqədar zalda yalnız məhkəmənin üzvləri və iştirakçılar (Azərbaycan və Ermənistan) dövlətlərin nümayəndələri iştirak edəcəklər.

Diplomatik korpusun üzvləri, media və ictimaiyyət nümayəndələri qərarın elan edilməsini məhkəmənin saytında, eləcə də BMT-nin onlayn televiziya kanalı olan BMT Web TV-də canlı yayım vasitəsilə izləyə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Məhkəmə qərarlarının 50 faizini icra edə bilmişik” –

Sonrakı məqalə

DİN idarə rəisi məktəblərdə oxuyanların narkotikə qarşı tibbi müayinədən keçirilməsini təklif edib