BMT-nin Baş katibi Antonio Quterreşin müdaxiləsindən sonra ABŞ İran rəsmilərinə viza verib.
BMT-nin Təhlükəsizlik Şurasının 74-cü sessiyasında iştirak etmək niyyətində olan İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif viza problemi ilə qarşılaşmışdılar. ABŞ ilə İranın diplomatik münasibətləri olmadığına görə əlaqələr Tehrandakı İsveçrə səfirliyi vasitəsi ilə həyata keçirilir. İran tərəfi səfirliyə müraciət edərək sənədləri təqdim edib. Səfirlik isə öz növbəsində, sənədləri nəzərdən keçirərək ABŞ Dövlət Departamentinin icazəsi ilə rəsmi şəxslərə viza verməli idi. Lakin Dövlət Departamenti icazə verməyə tələsmirdi. Yalnız BMT-nin Baş katibi Antonio Quterreşin müdaxiləsindən sonra ABŞ İranın Prezidentinə və Xarici İşlər nazirinə viza verib.
İran nümayəndə heyəti sentyabrın 16-da Nyu-Yorka getməli idi. Lakin ABŞ tərəfindən vizanın gecikdirilməsi səbəbindən Prezident və Baş Nazir bu gün Nyu-Yorka yola düşüblər.
Qeyd edək ki, ABŞ İran nümayəndə heyətindən yalnız Həsən Ruhaniyə və Məhəmməd Cavad Zərifə viza verib.