BMT TŞ Rusiyadan qoşunlarını Gürcüstandan dərhal çıxarmağı tələb edib

BMT Təhlükəsizlik Şurası Rusiyanı 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə və qoşunlarını Gürcüstan ərazisindən dərhal çıxarmağa çağırıb.

Azpost.info bildirir ki, bu barədə NGnewsgeorgia Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Vəziyyət BMT Təhlükəsizlik Şurasının avqustun 14-də keçirilən qapalı iclasında müzakirə olunub. Görüşdən sonra səkkiz dövlət – Fransa, ABŞ, Böyük Britaniya (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü), Yaponiya, Sloveniya, Malta, həmçinin Yunanıstan və Danimarka (gələcək üzvlər) adından bəyanat qəbul edilib”.

BMT Təhlükəsizlik Şurasının üzvləri Gürcüstanın müstəqilliyi və suverenliyinə güclü dəstəyini bir daha təsdiq ediblər.

Onlar vurğulayıblar ki,  Rusiyanın ilhaqına baxmayaraq Abxaziya və Sxinvali regionu, Bişvinta kurortu, Suxumi hava limanı və Oçamçira limanı kimi strateji obyektlər Gürcüstanın ayrılmaz hissəsi olaraq qalır.

Bəyanatda Rusiyanın Gürcüstanda su və hava məkanında təlimlər keçirməsi, Oçamçirada hərbi dəniz bazası yaradılması kimi davamlı təxribatları pislənir.

Əvvəlki məqalə

İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı cinayət işi açmaqdan imtina edib

Sonrakı məqalə

Mərkəzi Kəşfiyyat İdarəsi Azərbaycanda əhali artımı ilə bağlı nəyi üzə çıxarıb? –