Bolqarıstan və Rumıniyanın Şengenə qoşuldu- Aİ 18 il sonra qərar verdi

Avropa İttifaqı Şurası 18 il sonra Bolqarıstan və Rumıniyanın Şengen Sazişinə qoşulmasını təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında deyilir.

Hər iki ölkə yanvarın 1-dən Şengen Sazişinə qoşulacaq.

“Aİ Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın Şengen zonası ilə quru sərhədlərində nəzarətin ləğvini təsdiqləyib”, – sənəddə qeyd edilir.

2024-cü ilin martında Bolqarıstan və Rumıniya hava və su nəqliyyatında pasport nəzarətini ləğv edərək Şengenə qismən daxil oldular.

Azpost.info

Əvvəlki məqalə

Gürcüstanın Baş naziri İrakli Kobaxidze istefa verir

Sonrakı məqalə

Rusiyada tərəvəzlərin qiymətində rekord bahalaşma