Borcu olan 71 nəfər saxlanılıb –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Əvvəlki məqalə

Ağır zədə alan “Barselona”lı futbolçu xəstəxanaya çatdırılıb

Sonrakı məqalə

DİN paytaxt yollarındakı vəziyyətlə bağlı məlumat yayıb