Aİ diplomatiyasının səlahiyyət müddəti başa çatan rəhbəri Jozep Borrel üzv ölkələri ədalət mühakiməsinin həyata keçirilməsində Beynəlxalq Cinayət Məhkəməsinin nüfuzuna xələl gətirməməyə və onun orderlərini yerinə yetirməyə çağırır.
Azpost.info xəbər verir ki, Borrel Brüsseldə Yaxın Şərq nizamlanması üzrə konfrans başlamazdan əvvəl jurnalistlərə bildirib ki, hesabatlılığı təmin etməyin yeganə yolu budur.
“Mən beynəlxalq ictimaiyyətin bütün üzvlərinə, xüsusən də Avropa İttifaqının üzvlərinə müraciət etmək istəyirəm. Biz Beynəlxalq Cinayət Məhkəməsinin nüfuzuna xələl gətirə bilmərik. Dünya ədalətinə çatmağın yeganə yolu budur. Əgər avropalılar Beynəlxalq Məhkəmənin qərarlarını tam dəstəkləməsələr, bu instansiya işləməyəcək”, – o qeyd edib.
Azpost.info