“Boş söhbətdir, klinika satılmayıb…” –Baş həkimdən təkzib

“Nə yazdıqlarını özləri də bilmirlər, boş söhbətdir, klinika satılmayıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Baku City Hospital”ın sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev klinikanın satılması xəbərinə aydınlıq gətirən zaman deyib.

O, hazırda işinin başında olduğunu bildirib:

“Satılsa, ən azından notariusa gedərdik. Boş-boş danışmaqdan başqa heç nə bilmirlər. Artıq 5 ildir klinikamı “alıb-satırlar”. O qədər rəqiblər var, yəqin, onların ortaya atdığı xəbərdir. İndi gəlib hoqqa verirlər ki, “klinika satıldı”. Hər şey olduğu kimi qalır, özüm də xaricdəyəm”.

Qeyd edək ki, “Baku City Hospital”ın satıldığına dair xəbərlər yayılıb.

Əvvəlki məqalə

Girovlarla bağlı danışıqları MKİ rəhbəri aparır

Sonrakı məqalə

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulması münbit sərmayə iqliminin nəticəsidir