Böyrəkdə daşların yaranmasının qarşısını almaq üçün nə etməliyik?- Həkim RƏYİ

Böyrəkdə daşların yaranmasının qarşısını almaq üçün çoxlu su içmək lazımdır.

Azpost.info xəbər verir ki, bunu rusialı həkim-nefroloq Danila Pırikov deyib.

Onun sözlərinə görə, dünyada insanların təxminən 5 faizi urolitiyazdan əziyyət çəkir.

“Birincisi, adekvat içmə rejiminə ehtiyacınız var: maye çatışmazlığı sidikdə duzların konsentrasiyasının artmasına səbəb olur. Bu halda onların böyük kristallara çevrilməsi, çökməsi, fiksasiyası və böyüməsinə davam etməsi daha asandır. Buna görə də gündə iki-üç litr su içmək vacibdir. Sidik şəffaf və ya bir az sarımtıl olmalıdır”, – nefroloq bildirir.

O əlavə edib ki, həmçinin çoxlu duzlu yeməklər və qırmızı ət yeməməli, zülalın gündəlik miqdarı hər kiloqram çəki üçün 1,0-1,3 q-dan çox olmamalıdır.

“Daha çox tərəvəz və meyvə yeməli və sağlam çəki saxlamalısınız, çünki piylənmə böyrək daşlarının əmələ gəlmə şansını artırır. Digər risk faktorlarına irsiyyət, təkrarlanan sidik yolu infeksiyaları, gut və paratiroid bezlərinin patologiyaları daxildir”, – həkim xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək

Sonrakı məqalə

“NATO-nun Ukraynadakı münaqişəyə qarışması fəlakətə səbəb olacaq”