“Böyük əks-hücum elan etdilər, lakin heç nə alınmadı”- Putin

“Heç bir yerdə heç nə alınmadı”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun əks-hücumundan danışarkən deyib.

“Böyük əks-hücum elan etdilər, lakin heç nə baş vermədi. Son cəhd… Dnepr çayının sol sahilinə keçmək və Krım istiqamətində hərəkəti təmin etmək idi”, – Putin bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum cəhdini davam etdirir, lakin yalnız insan itirir. Putinin sözlərinə görə, onlar bunu ona görə edirlər ki, ölkə rəhbərliyi xaricə səfər edir, orada orduya və ölkəyə dəstək olmaq üçün pul almağa çalışırlar.

Azpost.info

Əvvəlki məqalə

Ermənistandan aldığımız sülh sazişi şərhləri üzrə Azərbaycan öz mövqeyini formalaşdırır

Sonrakı məqalə

8 Noyabr prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq