“Qarabağ” qələbə qazandı –Avropa Liqası /YENİLƏNİB

Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Ağdamlıllar Portuqaliyada “Braqa”nın qonağı olub.

“Köhlən atlar” görüşün favoriti sayılan prineylilərə şok yaşadıb.

Tarixində ilk dəfə UEFA Avropa Liqasının 1/16 mərhələsinə yüksələn Azərbaycan təmsilçisi Portuqaliyadan 4:2 hesablı qələbə ilə dönüb.

Stadion: Braqa, “Estadio Municipal de Braga”.

Qollar: Marko Yankoviç (P) 21, Simon Banza 44, Abdullah Zubir 54, Olavio Juninyo 65, Abdullah Zubir 69, Joau Moutinyu (P) 90+1.

 

**

Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” və “Qarabağ” arasında keçirilən oyun başlayıb.

“Munisipal” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı saat 00:00-da başlayıb.

Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək.

Əvvəlki məqalə

“Putin qalib gəlsə, bu, bizim üçün problemdir” –

Sonrakı məqalə

“Qalatasaray” öz meydanında qələbə qazanıb