Bred Pit qızının qərarından şoka düşüb-FOTO

Ancelina Coli və Bred Pittin qızı Şilo Coli-Pitt 18 yaşı tamam olan gün soyadını dəyişmək üçün ərizə verib. Qız atası Bred Pitin soyadından imtina edərək yalnız anasının soyadını saxlamaq qərarına gəlib.

Azpost.info bildirir ki, bu barədə maqazin xəbərlərində məlumat verilib.

Pitt keçmiş həyat yoldaşını bütün uşaqları ona qarşı çevirməkdə ittiham edir.

“Bred qızı Şilonun onun soyadından imtina etməsinə görə, üzülür. O, doğularkən Bred həyatının ən böyük sevincini yaşamaşıdı. Həmişə qızını çox istəyirdi. Övladlarını itirdiyini xatırlatmaq Bred üçün asan deyil. O, uşaqlarını sevir və darıxır. Bu, çox üzücüdür”, – mənbə bildirib.
Bred etiraf edib ki, Şilonun soyadını istifadə etməkdən imtina etməsi onu şoka salıb.

“O hiss edir ki, Coli yavaş-yavaş  uşaqları ona qarşı çevirib”- deyə insayder əlavə edib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.