Bred Pitt Ancelina Colini rusiyalı oliqarxla əlbir olmaqda ittiham edib

58 yaşlı amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı, 47 yaşlı aktrisa Ancelina Colini rusiyalı oliqarxla əlbir olmaqda ittiham edib.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Bred Pitt bildirib ki, keçmiş həyat yoldaşı 2021-ci ildə “Miraval” şərab zavodunun ona məxsus payını gizli şəkildə rusiyalı oliqarx Yuri Şeflerə satıb.

Dediyinə görə, Coli bunu ondan qisas almaq üçün edib. Keçmiş çütlük arasında keçən məhkəmə çəkişməsi zamanı aktyorun vəkilləri müəyyən ediblər ki, Şeflerin əvvəldən Pitin şərab biznesindəki payına sahib olmaq niyyəti olub: “Coli bunu bilirdi və Pitin “Miraval”dakı sərmayəsini sarsıtmaq niyyətində idi”.

Vəkillər onu da bildiriblər ki, Colinin bu hərəkəti məhkəmənin keçmiş həyat yoldaşlarına övladlarına bərabər himayədarlıq verilməsinə dair ilkin qərarı ilə bağlı olub. Ancelina Coli onları tək böyütməyi planlaşdırırdı.

Azpost.info

Əvvəlki məqalə

Yeni Zelandiya “Qazprom”a sanksiya tətbiq etdi

Sonrakı məqalə

“Bu iyrənc əclaflara nifrət edirəm…” –