“Brexit vaxt itkisidir!”- Avropa Komissiyası prezidentindən maraqlı açıqlama

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “Brexit” prosesini vaxt və enerji itkisi adlandırıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Jan-Klod Yunker Avropa Parlamentinin Strasburqda keçirilən görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Böyük Britaniya parlamenti “Brexit” sazişini dəstəklədikdən sonra Avropa parlamentində bu saziş təsdiqlənə bilər.

Avropa Komissiyasının prezidenti Böyük Britaniyanın bloku tərk etməsi qərarından təəssüfləndiyini də qeyd edib: “Əslində Avropa İttifaqının (Aİ) vətəndaşları üçün daha yaxşı xidmət etmək barədə düşünməli olduğum halda, mandatımın “Brexit”ə sərf olunması məni çox üzüb, bu, vaxt və enerji itkisidir”.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə çıxışında deyib ki, o, Böyük Britaniyanın Baş Naziri Boris Consonun “Brexit”lə bağlı danışıqların uzadılması ilə bağlı təklifini Aİ rəsmiləri ilə müzakirə edib və bununla bağlı qərar qarşıdakı günlərdə elan olunacaq.

“Sazişsiz “Brexit” heç vaxt Avropa İttifaqının qərarı olmayacaq”, – deyə D. Tusk vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 177 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Sonrakı məqalə

“Dünyadakı banklarının yarıdan çoxu böhrana qarşı həssasdır”