Avropa İttifaqı və Böyük Britaniya nümayəndələri danışıqlar nəticəsində “Brexit” üzrə razılıq əldə ediblər. Bu barədə “Reuters” məlumat yayıb. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Böyük Britaniyanın Aİ-dən çıxışı üzrə razılıq əldə olunduğunu təsdiqləyib. “Bu, Aİ və Britaniya üçün ədalətli, balanslı razılaşmadır və həll yolu axtarışına sadiq qaldığımızı sübut edir”, – Yunker “Twitter” səhifəsində yazıb(report).