BRİKS ölkələri Putindən Ukraynada müharibənin dayandırılmasını tələb edirlər

Sentyabrın 10-dan 12-dək Sankt-Peterburqda keçiriləcək BRİKS toplantısının əsas mövzusu Ukraynada müharibənin dayandırılması olacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O, məlum təşəbbüsün assosiasiyada iştirak edən ölkələrdən gəldiyini deyib.

“Altı bənddən ibarət təşəbbüs Braziliya və Çindən gəlir. 110-dan çox ölkə bunu müsbət qiymətləndirir. Moskva Vladimir Putinin iyunun 14-də səsləndirdiyi mövqeyində israr edəcək. Düşünmürəm ki, biz Cenevrədə baş verənləri müzakirə edəcəyik”, – Şoyqu əlavə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.