Britaniya Azərbaycandakı parlament seçkiləri ilə bağlı BƏYANAT verdi  

“Britaniya Azərbaycan hakimiyyətinin demokratik prosesi yaxşılaşdıracaq seçki islahatlarını dəstəkləməyə hazırdır”.

Azpost.info bildirir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Azərbaycanda keçirilmiş parlament seçkilər ilə bağlı verdiyi bəyanatda deyilir.

Britaniya XİN bəyanatda bildirib ki, Azərbaycanda parlament seçkilərinin beynəlxalq demokratik standartlara uyğun olmamasından təəssüflənir: “Biz ATƏT-in seçkinin məhdudlaşdırıcı şərtlər  altında, səsvermənin nəticələrini şübhə altına salan  səslərin sayılmasındakı prosedur pozuntuları barədə məlumatlarından narahatıq. Bununla yanaşı biz Mərkəzi Seçki Komissiyasının bütün seçki prosesi boyu şəffaf fəaliyyət göstərmək cəhdini müsbət qiymətləndiririk.

Britaniya Azərbaycanı seçkidən sonrakı yığıncaq azadlığına hörmət etməyə çağırır: “Britaniya ilə Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələri vardır. Biz Azərbaycan hakimiyyətinin demokratik prosesi yaxşılaşdıracaq seçki islahatlarını dəstəkləməyə hazırıq” –deyə Britaniya XİN-in bəyanatında bildirilib.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pensiya sisteminin yeni inkişaf konsepsiyası”ndakı əsas yeniliklər

Sonrakı məqalə

Hikmət Hacıyev ATƏT-in media azadlığı üzrə nümayəndəsinə cavab verdi: