Britaniya bu il 2,2 milyardlıq Rusiya nefti alıb- “The Guardian”

Böyük Britaniya bu il 2,2 milyard funt-sterlinq dəyərində Rusiya nefti alıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” hökumətin məlumatlarına istinadən yazır.

Krallığa emal olunmuş yanacaq Türkiyə, Hindistan və Çindən gətirildiyi qeyd edilir.

“Global Witness” bildirir ki, Yaxın Şərqdən neft alışlarının artmasına baxmayaraq, Britaniyanın hər 20-ci uçuşu Rusiya yanacağı ilə həyata keçirilir. Təşkilat yanacağın Rusiyadan kənarda emal edildiyini və buna görə də sanksiyalara məruz qalmadığını vurğulayır.

Şirkət ekspertləri Londonu çirkli pulların yuyulmasında ittiham ediblər.

Azpost.info

Əvvəlki məqalə

Belarus taktiki nüvə silahı daşıyıcılarında yoxlama aparacaq

Sonrakı məqalə

Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək