Britaniya İcmalar Palatasının spikeri Azərbaycandakı tolerantlıq ənənələrini yüksək qiymətləndirib

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Parlamentin İcmalar Palatasının spikeri Ser Lindsi Hoyl ilə görüş keçirib.

Britaniya bürosunun verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin hazırki vəziyyəti, parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Spiker ölkəmizin Birləşmiş Krallıqla tərəfdaşlıq münasibətlərini, Azərbaycanla xüsusilə enerji sahəsində təsis edilmiş uğurlu əməkdaşlığı və Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrini yüksək qiymətləndirib.

Səfir və Spiker arasında görüşlə əlaqədar İcmalar Palatasının inzibati binasının qarşısında protokol ənənələrinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılıb.

Elin Süleymanov İcmalar Palatasının xatirə dəftərini imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan ötən il 0,9 mlrd. manatlıq əczaçılıq məhsulları idxal edib

Sonrakı məqalə

Avropa İttifaqının nümayəndəsi MEDİA-da olub –