Britaniya liberal demokratlarının lideri Trampın qələbəsini “qara gün” adlandırdı

Britaniya Liberal Demokratlar Partiyasının lideri Ed Deyvo ABŞ seçkilərinin nəticələrini bütün dünya xalqları üçün “qaranlıq gün” adlandırıb.

Azpost.info xəbər verir ki, İcmalar Palatasında (Britaniya parlamentinin aşağı palatası) ən çox təmsil olunan üçüncü partiyaya rəhbərlik edən siyasətçi bu barədə “X”-də yazıb.

“Bu, bütün dünyada insanlar üçün qaranlıq gündür. Dünyanın ən böyük iqtisadiyyatı və ən güclü ordusu təhlükəli, dağıdıcı demaqoq tərəfindən idarə olunacaq. ABŞ-ın gələcək prezidenti qanunun aliliyini, insan haqlarını, beynəlxalq ticarəti, iqlimlə mübarizəni və qlobal təhlükəsizliyi fəal şəkildə pozan bir insandır. Böyük Britaniyanın Aİ ilə münasibətlərinin düzəldilməsi indi əvvəlkindən daha aktualdır. Bizi Trampın vuracağı zərərdən qorumaq üçün Avropa ilə ticarət və müdafiə əməkdaşlığını gücləndirməliyik”, – o bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sərnişin axını ilə bağlı Bakı Metropoliteni əməkdaşları növbətçilik əsasında işə cəlb ediləcəklər

Sonrakı məqalə

“Trampın bizə faydalı olan bir keyfiyyəti var…” –