Britaniya ordusu Estoniya-Rusiya sərhədinə 5 min əsgər göndərəcək

Estoniya-Rusiya sərhədinə göndərilmək üçün 5 minə qədər Britaniya əsgəri hazırlıq vəziyyətinə gətirilir.

Azpost.info xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.

“Minlərlə britaniyalı hərbçi Estoniya-Rusiya sərhədində yerləşdirilmək üçün hazır vəziyyətə gətiriləcək”, – nəşr qeyd edir.

Hər iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri 2025-ci ilin iyulunda qüvvəyə minəcək əməkdaşlıq sazişi imzalamağı planlaşdırırlar.

Sənəd digər məsələlərlə yanaşı, NATO-nun şərq cinahını gücləndirmək üçün lazım gələrsə, Britaniya qoşunlarının Estoniyaya köçürülməsini nəzərdə tutur.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.