Britaniya Rusiya ordusunun ən yaxşı silahının adını- AÇIQLADI

“Lancet” kamikadze dronları Rusiya ordusunun ən yaxşı silahıdır”.

Azpost.info xəbər verir ki, bunu Britaniya Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edir ki, bu pilotsuz təyyarələr xüsusi hərbi əməliyyatların keçirildiyi ərazidə yüksək effektivlik nümayiş etdirib.

“Lancet”in rus ordusunun arsenalında görünməsi onun üçün üstünlükdür”, – nazirlik hesab edir.

Qurumun ekspertləri qeyd edirlər ki, Rusiya silahlı qüvvələri prioritet hədəfləri vurmaq üçün “Lancet” pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir. Söhbət xüsusilə Ukrayna ordusunun artilleriya mövqelərindən gedir.

Mütəxəssislər dronun iş prinsipinə xüsusi diqqət yetiriblər. Onların fikrincə, “Lancet” hədəfi dəqiq müəyyən etmək üçün düşmən ərazisi üzərində uzun müddət dövrə vurmağa qadirdir.

Azpost.info

Əvvəlki məqalə

Rusiya qızılın ölkədən çıxarılmasına qadağa qoymağa hazırlaşır

Sonrakı məqalə

Gələn həftə hansı günlər dərs olmayacaq?