Britaniya Rusiyanın almaz və metallarına qarşı sanksiyalar tətbiq etdi

Böyük Britaniya Ukraynadakı müharibəyə görə sanksiyalar çərçivəsində bu ölkəyə Rusiya almaz və metallarının tədarükünə qadağa qoyub.

Azpost.info xəbər verir ki, almazların idxalına qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək, metallara qadağa isə bir qrup mal üçün dekabrın 15-dən, digər mallar üçün isə dekabrın 26-dan başlayacaq.

Hökumət sənədində deyilir ki, Britaniya vətəndaşlarına və ölkədə qeydiyyatdan keçmiş şirkətlərə birbaşa və ya dolayı yolla Rusiyadan gələn və ya Rusiyada olan metalları almaq qadağandır.

Qadağan olunmuş metalların siyahısına mis, nikel, alüminium, sink, qurğuşun, qalay, volfram, molibden, tantal, maqnezium, vismut, kobalt, sirkonium, sürmə, manqan, berilyum, həmçinin kerametlər və adi metal məmulatları daxildir.

Azpost.info

Əvvəlki məqalə

Yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

Bakıda həftəsonu yarmarkası keçiriləcək